Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 20 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Kuba Respublikasının Azərbaycandakı səfiri Karlos Enrike Valdes de la Konsepsyon ürək sözlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayan Karlos Enrike Valdes de la Konsepsyon deyib: “AZƏRTAC-ın bizə yaratdığı fürsətdən istifadə edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu gözəl bayramda Kuba adından sizə sülh, rifah və dünyanın bütün gözəlliklərini arzulayıram. Bu əlamətdar bayramı sevinc və xoş əhval-ruhiyyə ilə qeyd edəsiniz. Kuba bu günlərdə sizin yanınızdadır və sizə ən xoş arzularını çatdırır.
Təbrik edirəm, Novruz bayramınız mübarək!”
Müxbir - Fidan Əlizadə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.