ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti keçmiş prezident Mixail Saakaşvilinin 22 martda Katolikos-Patriarx II İlyanın dəfn mərasimində iştirak etməsinə icazə verməyib.Modern.az xəbər verir ki, Saakaşvili bu xahişi vəkili vasitəsilə etmişdi.
M.Saakaşvili özünün eks-prezident statusunu, Patriarx II İlyanın onun dostu və oğlunun xaç atası olduğunu əsas gətirərək dəfn mərasiminə buraxılmasını istəmişdi.
Penitensiar Xidmət bildirib ki, "məhbus Mixail Saakaşvilinin bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək istəyi təmin edilə bilməz, çünki bu, məhbusların cəzaçəkmə müəssisələrini tərk etməsinə icazə verilən müstəsna hallara aid deyil".
Saakaşvilinin ən yaxın müttəfiqlərindən biri, keçmiş müdafiə naziri Giorgi Baramidze jurnalistlərə bildirib ki, mövcud hakimiyyət "prezidentin patriarxın dəfn mərasimi üçün həbsxanadan çıxmasına icazə verməkdən çəkinir, çünki bu, ictimai iğtişaşlara səbəb olacaq".
Gürcüstanın Katolikos-Patriarx II İlya 17 martda xəstəxanada vəfat edib. O, 93 yaşında idi.Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əfv olunmasa və ya şərti azadlığa buraxılmasa, 2030-cu ilin oktyabrınadək həbsdə qalacaq. O, Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunub.
Saakaşvili dövlət vəsaitinin mənimsənilməsi, dövlət sərhədini qanunsuz keçmək və daha bir neçə maddə üzrə təqsirli bilinib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.