AZ

Saakaşvili oğlunun xaç atasının dəfninə BURAXILMADI

Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti keçmiş prezident Mixail Saakaşvilinin 22 martda Katolikos-Patriarx II İlyanın dəfn mərasimində iştirak etməsinə icazə verməyib. 

“Cebheinfo.az” xəbər verir ki, Saakaşvili bu xahişi vəkili vasitəsilə edib.

Saakaşvili keçmiş prezident statusunu və patriarxın onun dostu və oğlunun xaç atası olduğunu əsas gətirərək istisna tələb etmişdi.

Penitensiar Xidmət bildirib: 

"Məhbus Mixail Saakaşvilinin Katolikos-Patriarx II İlyanın dəfn mərasimində iştirak etmək istəyi təmin edilə bilməz, çünki bu, məhbusların cəzaçəkmə müəssisələrini tərk etməsinə icazə verilən müstəsna hallara aid deyil".

Saakaşvilinin ən yaxın müttəfiqlərindən biri, Gürcüstanın keçmiş müdafiə naziri Giorgi Baramidze jurnalistlərə bildirib ki, hakimiyyət keçmiş prezidentin patriarxın dəfn mərasimi üçün həbsxanadan çıxmasına icazə verməkdən çəkinir: 

“Çünki bu, ictimai iğtişaşlara səbəb olacaq".

Xatırladaq ki, Gürcüstanın Katolikos-Patriarx II İlya 17 martda xəstəxanada vəfat edib. O, 93 yaşında idi.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr