EN

“Qarabağ” gözlənilmədən uduzdu

Futbol üzrə Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Milli.Az xəbər verir ki, "Qarabağ" Yevlaxda "Kəpəz"in qonağı olub və gözlənilmədən rəqibinə uduzub - 0:1. Yeganə qolu 45-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Çempionluq yolunda ağır zərbə alan Ağdam təmsilçisi 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə klubu 21 xalla 10-cudur.

Günün digər oyununda "Neftçi" öz meydanında "İmişli"ni sınağa çəkəcək. Qarşılaşma saat 19:15-də başlayacaq.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" "Karvan Yevlax"ı 1:0, "Sabah" isə evdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Milli.Az

Chosen
81
7
milli.az

10Sources