Müğənni Almaz Saraylı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, sənətçi açıq-saçıq geyim tərzi ilə bağlı fikirlərini bölüşərək daha çox qapalı və zövqlü geyimə üstünlük verdiyini bildirib. O, bu yanaşmanın həm tamaşaçı rəğbətində, həm də dəvətlərdə mühüm rol oynadığını vurğulayıb:
“Qapalı geyinmək də gözəllikdir. Biz Azərbaycanda yaşayırıq. Oxumağı kənara qoyun, bəlkə də məni yaxşı, qapalı geyindiyimə görə sevirlər, məclislərinə dəvət edirlər. Mənə yazırlar ki, sizi bir dəfə də açıq-saçıq geyimdə görməmişik, sizi çox sevirik. Azərbaycansayağı geyim, özünü aparmaq, danışıq – bunlar vacib amillərdir”.
İfaçının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun fikirləri ilə razılaşaraq milli dəyərlərə uyğun geyim tərzini dəstəkləyib, digər qisim isə səhnə obrazında sərbəstliyin də önəmli olduğunu qeyd edib.
Beləliklə, Almaz Saraylının açıqlaması şou-biznesdə geyim tərzi və sənətçi imici ilə bağlı müzakirələri yenidən alovlandırıb.