Bakı. Trend:
Rusiyada A-370 federal yolunun Ussuri şəhər dairəsi ərazisindənkeçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Zəncirvarıqəzada 25 avtomobil toqquşub.
Trend xəbərverir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Rusiya FHN-nin Primorye diyarı üzrə Baş İdarəsinin mətbuatxidmətinin məlumatına görə, bir nəfər xəsarət alıb, ölənyoxdur.
Hadisə yerində FHN xilasetmə əməkiyyatçıları çalışır.
Qəza iştirakçılarına yardım göstərmək və onları isitmək üçünmobil məntəqə qurulub.