ain.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 20 mart, AZƏRTAC
Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, havanın yağışlı keçməsinə baxmayaraq, Müqəddəs Üçlük Katedralının həyəti və ətraf küçələr gecə boyu insanlarla dolu olub, yüzlərlə vətəndaş gecəni növbədə keçirib.
Məlumat üçün bildirək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də - 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan edilib.
Patriarx II İliya martın 22-də Sioni Katedralında dəfn olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.