AZ

Gürcüstan Patriarxı ilə vida mərasimi keçirilir

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda Patriarx II İlya ilə vida mərasimi keçirilir.

Hafta.az xəbər verir ki, artıq bir milyondan çox insan vida mərasimində iştirak edib.

Havanın yağışlı keçməsinə baxmayaraq, martın 19-dan 20-nə keçən gecə Müqəddəs Üçlük Katedralının həyəti və ətraf küçələr gecə boyu insanlarla dolu olub, yüzlərlə vətəndaş gecəni növbədə keçirib.

Məlumat üçün bildirək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan edilib.

Patriarx II İliya martın 22-də Sioni Katedralında dəfn olunacaq.

Seçilən
90
3
hafta.az

4Mənbələr