EN

Trampın “Truth Social” hesabını kim idarə edir? – Maraqlı detallar

“The Wall Street Journal” ABŞ prezidenti Donald Trampın sosial media fəaliyyəti ilə bağlı maraqlı məlumat yayıb.

Publika.az xəbər verir ki, nəşrin məlumatına görə, Ağ Evin seçilmiş köməkçilərindən ibarət kiçik bir qrupun Trampın “Truth Social” hesabına girişi var. Lakin onların heç biri prezidentin şəxsi razılığı olmadan onun adından paylaşım edə bilmir.

Məlumata əsasən, Tramp sosial şəbəkə hesabını idarə edərkən müxtəlif üsullardan istifadə edir. Bəzən paylaşımları özü edir, bəzi hallarda isə mətnləri köməkçilərinə diktə edir və onlar bu yazıları onun adından paylaşırlar.

Eyni zamanda, vəziyyətlə tanış mənbə bildirib ki, yüksək vəzifəli köməkçilər vaxtaşırı prezidenti emosional və tələsik paylaşımlar etməkdən çəkindirməyə çalışırlar.

Chosen
95
1
publika.az

10Sources