EN

Abbas Əraqçi britaniyalı həmkarı ilə regiondakı gərginliyi müzakirə etdi

İranın xarici işlər naziri Abbas Əraqçi ilə britaniyalı həmkarı İvet Kuper arasında telefon danışığı baş tutub.
 
Moderator.az xəbər verir ki, tərəflər regionda artan gərginliyi və ikitərəfli münasibətləri müzakirə ediblər.
 
Abbas Əraqçi söhbət zamanı Londonun İran əleyhinə fəaliyyət göstərən bəzi media və siyasi platformalara şərait yaratmasını tənqid edib. O, həmçinin ölkəsinə qarşı həyata keçirilən son hərbi müdaxilələrin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. İran rəsmisi qeyd edib ki, regional sabitliyin bərpası üçün hərbi əməliyyatlar dayandırılmalı və gərginliyin təkrarlanmaması üçün təminatlar verilməlidir.
 
İvet Kuper isə öz növbəsində regionda hərbi fəaliyyətlərin dayandırılmasının və gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. O, münaqişənin Hörmüz boğazındakı sabitliyə, eləcə də qlobal iqtisadiyyata mənfi təsirlərindən narahatlığını ifadə edib.
 
Chosen
14
3
moderator.az

4Sources