Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 94,7 min ton inşaat üçün əhəng daşı istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,3 % çoxdur.
Təkcə fevralda isə ölkədə 59 min ton inşaat üçün əhəng daşı istehsal edilib. Bu, bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur.
2025-ci ildə Azərbaycanda 309 min ton inşaat üçün əhəng daşı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 59 % azdır.