EN

Televiziyalarda məşhur verilişlər dayandırılır – QƏRAR VERİLDİ

Ölkə kanalları yeni mövsümdən etibarən bir sıra verilişlərin yayımını tam dayandıracaq.

NOCOMMENT.az-ın əldə etdiyi məlumatına görə, məlumata görə, dayandırılacaq proqramlar əsasən sosial yönümlü və bəzi əyləncə verilişlərindən ibarət olacaq. Bu proqramlar yeni mövsümdən artıq efirdə olmayacaq və geri dönməyəcək.

Belə ki, yeni mövsümdən etibarən ölkə kanallarında sosial verilişlərin yayımı tam dayandırılacaq.

Qeyd olunur ki, son illər sosial verilişlərin məzmunu ilə bağlı ictimai narazılıqlar artıb və bu sahədə dəyişikliklərin zəruri olduğu vurğulanıb.

Yeni mövsümdə televiziya kanallarının efir siyasətində ciddi yeniliklərin ediləcəyi, daha çox analitik, maarifləndirici və mədəni layihələrə üstünlük veriləcəyi bildirilir. Bununla yanaşı, bəzi mövcud proqramların formatının dəyişdirilərək yenidən efirə qaytarılması da istisna edilmir.

Məlumata əsasən, qərar televiziya məkanında keyfiyyətin artırılması, maarifləndirici və ictimai əhəmiyyətli proqramların daha peşəkar formatda təqdim olunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, ARB TV-də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur”, ATV-də isə Zaur Baxşəliyevin “Bizimləsən” proqramlarının yayımı dayandırılıb.

Nərmin
Nocomment.az

Chosen
86
2
nocomment.az

3Sources