Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının martın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.