EN

Politoloq İlqar Vəlizadə: Dostlardan dəstək ala bilməyən Donald Tramp “düşmənlərə” müraciət etməyə məcbur olur

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın hücumları səbəbindən ölkəsində qalmalı olduğunu və Çin səfərini bir ay təxirə saldığını açıqlayıb. Donald Tramp bildirib ki, Çinlə yaxşı münasibətlər mövcuddur və səfəri səbirsizliklə gözləyir, lakin hazırda ABŞ-da qalması vacibdir. Donald Tramp həmçinin Hürmüz Boğazı vasitəsilə Çinin neft ehtiyacının 90%-nin təmin olunduğunu vurğulayaraq Pekinin həm təşəkkür, həm də yardım göstərməli olduğunu bildirib.Hörmüz boğazının bağlı olması Çinin maddi və siyasi maraqlarına nə dərəcədə uyğundur? Çin bu məsələdə ABŞ-a "yardım" etməkdə maraqlı ola bilərmi?

Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Çin İran neftini az həcmdə alır: “Məlumatlara görə, İran tankerləri Hörmüz boğazından istifadə edirlər. Burada informasiyalar müxtəlif ola bilər. Belə məlumatlar da var ki, İran tankerləri Hörmüz boğazından istifadə edirlər. Bütün hallarda Çin nefti həm də Rusiyadan ala bilər. Digər mənbələr göstərir ki, Çin onlardan da neft ala bilər. Çin özü də neft istehsalçısıdır və yanılmıramsa, öz tələbatının 50 faizdən çoxunu öz nefti hesabına ödəyir”.

İlqar Vəlizadə

“Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatları da Çindən neft alır. Bu səbəbdən Hörmüz boğazı ilə bağlı narahatlıqları var, amma o qədər də kritik deyil. Görünən odur ki, ABŞ doğrudan da çətin vəziyyətdə qalıb. Çünki bir neçə gün öncə Tramp öz Avropa müttəfiqlərinə müraciət edib ki, onlar körfəzin açılmasına yardımçı olsunlar. Amma görünür, onlar Trampın bu çağırışına biganə yanaşırlar və Amerikanı dəstəkləməyə tələsmirlər. Dostlardan dəstək gəlməyəndə, Donald Tramp “düşmənlərə” müraciət etməyə məcbur olur. Bu, əslində Amerikanın indiki şəraitdə çətinliyini müəyyən dərəcədə göstərir.

Digər tərəfdən, Çin müəyyən maraqları olsa da, bu maraqları təmin etmək üçün Amerikadan müəyyən güzəştlər tələb edəcək. Bu güzəştlər nədən ibarət olacaq? Çin Amerikadan nə istəyəcək? Bunun müqabilində iki ölkə arasında ticarət davam edə bilərmi? Çin belə bir addım atsa, bunu təmənnasız etməyəcək. Amerikadan nəsə istəyəcək. Çin Amerikanın ona tətbiq etdiyi ticarət tariflərindən narahatdır. Ona görə ola bilər ki, tariflərin azaldılması ilə bağlı təkliflərini irəli sürsün. Bütün hallarda görünən odur ki, ABŞ kritik vəziyyətdədir. Çin bunu nəzərə alaraq yəqin ki, öz tələblərini qaldırmağa məcbur olacaq”-deyə politoloq qeyd edib.

İlqar Vəlizadə bildirib ki, Çindən çox güman ki, müəyyən dəstək olacaq: “Bu, o demək deyil ki, İrandan əlini üzəcək. Bu, siyasətdir. Hər kəs öz maraqlarını düşünür, ona görə də bu məsələdə birmənalı gedişatlar və cavablar olmayacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
bizimyol.info

1Sources