EN

Tramp Çinə səfərini 6 həftəlik təxirə saldı


ABŞ Prezidenti Donald Trampın Çinə səfəri təxminən altı həftə təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşündə jurnalistlərə bildirib.
“Səfər təxminən altı həftə təxirə salınıb”, - ABŞ lideri bildirib.
Qeyd edək ki, onun 31 mart - 2 aprel tarixlərində Çində olması planlaşdırılırdı.
“Prezident Si Cinpinlə birlikdə Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm”, - Amerika lideri bildirib. O, həmçinin Pekin və Tokio arasında gərginliyin qaldığını qeyd edib.
Takaiçi Yaponiyanın Çin ilə dialoqa açıq olduğunu bildirib.
Chosen
74
5
yeniavaz.com

9Sources