Bakı, 20 mart, AZƏRTAC
Novruz - baharın, yeniliyin və birlik ruhunun bayramıdır. Hər birimizin bu möhtəşəm bayramla bağlı unudulmaz xatirələri var. Bəs, tanınmış simaların yaddaşında Novruz necə qalıb?
Sevilən və tanınmış şəxslər AZƏRTAC-ın “Bir sual, bir cavab” layihəsi çərçivəsində Novruzla bağlı ən yaddaqalan anlarını bizimlə bölüşüblər. Səmimi və maraqlı xatirələr işığında bu bayramın sevinc dolu anlarını yenidən yaşayacağıq.
Layihəmizin növbəti qonağı güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevdir.
AZƏRTAC videonu təqdim edir.
Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Tofiq Babayev
Operator - Ələkbər Baxşiyev