EN

Bolton: İranda quru əməliyyatları çətin olacaq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Əgər ölkədə hələ də nüvə materialları varsa, nə olursa-olsun, ABŞ-nin İrana müdaxiləsi uğurlu olmayacaq”. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “NBC News” kanalına açıqlamasında belə deyib.

“Bu materialların qorunmasının təmin edilməsi ən birinci tapşırıq olmalıdır”,-deyən Bolton bunların terrorçu qruplara, digər fırıldaqçı dövlətlərə və ya digər zərərli aktorlara ötürülə biləcəyindən qorxduğunu bildirib.

“Vəziyyət son dərəcə qeyri-müəyyəndir və prezident müdaxilə etmək istəmədiyini dedi. Amma mən heç vaxt başa düşmədim ki, bu, onun həmin materialları əldə etməyə çalışmayacağı anlamına gəlir”. 

Trampın quru qoşunları ilə bağlı açıqlamasını şərh edən Bolton ABŞ Prezidentinin əhəmiyyətli sayda hərbi qüvvələri nəzərdə tutduğuna inandığını deyib. 

Onun sözlərinə görə, bəzi nüvə obyektlərinin altında yerləşdiyi güman edilən İranın zənginləşdirilmiş uran ehtiyatının təhlükəsizliyini təmin etmək ABŞ quru qüvvələri üçün çətin bir əməliyyat olacaq. “Lakin bu, müdaxiləyə bənzəmir”,- deyə Bolton əlavə edib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
102
1
cebheinfo.az

2Sources