EN

Sumqayıtda ağır QƏZA - "Mercedes" aşdı, sürücü ÖLDÜ

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Baxşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Chosen
62
4
far.az

10Sources