EN

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

Yaxın coğrafiyamızda müharibələr gedir. Mənim çağırışım budur ki, tərəflər silaha yox, sözə üstünlük versinlər, diplomatik dillə danışsınlar, razılığa gəlsinlər. Çünki müharibənin sonu yoxdur. Gec-tez yenə danışıqlara qayıdacaqlar, amma bu müddətdə çoxlu insan həyatını itirəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, nə qədər tez danışıq yolu seçilsə, bir o qədər yaxşı olar.

"Allah-Təala bizi, dövlətimizi və dövlətçiliyimizi qorusun. Çox çətin bir dövrdə yaşayırıq. Ətrafımızda baş verən hadisələr, müharibələr, insan qırğınları, günahsız insanların qanının tökülməsi hamımızı narahat edir. Dua edirik ki, bu müharibələr tezliklə dayansın. Allah-Təala Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyevə möhkəm can sağlığı versin. Belə çətin dövrdə dövlətə rəhbərlik etmək böyük məsuliyyətdir", - deyə QMİ sədri vurğulayıb.

Chosen
35
8
xezerxeber.az

9Sources