AZ

Şeyxülislam: Dua etdik ki, müharibələr dayansın VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, nə qədər tez danışıq yolu seçilsə, bir o qədər yaxşı olar. "Allah-Təala bizi, dövlətimizi və dövlətçiliyimizi qorusun. Çox çətin bir dövrdə yaşayırıq. Ətrafımızda baş verən hadisələr, müharibələr, insan qırğınları, günahsız insanların qanının tökülməsi hamımızı narahat edir. Dua edirik ki, bu müharibələr tezliklə dayansın. Allah-Təala Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyevə möhkəm can sağlığı versin. Belə çətin dövrdə dövlətə rəhbərlik etmək böyük məsuliyyətdir", - deyə QMİ sədri vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
8
azvision.az

9Mənbələr