EN

Bu gün Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

"Cebheinfo.az"ın məlumatına görə, Bakı məscidlərində saat 08:00-09:00 arasında bayram namazı qılınacaq.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycanda ramazan ayı fevralın 19-dan başlayıb.

"Cebheinfo.az" 

Chosen
40
1
cebheinfo.az

10Sources