EN

"İranla müharibə bir ay da uzansa..." - SENSASİON AÇIQLAMA

İranla müharibə daha bir ay uzanacağı təqdirdə, ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə (HHM) sistemləri və raket ehtiyatları tamamilə tükənəcək.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Rheinmetall" müdafiə konserninin rəhbəri Armin Papperger "CNBC" telekanalına müsahibəsində xəbərdarlıq edib.

Şirkət rəhbəri uzanan münaqişənin ağır nəticələrə yol açacağını vurğulayıb:

"Əgər bu vəziyyət daha bir ay davam edərsə, düşünürəm ki, əlimizdə demək olar ki, heç bir raket qalmayacaq. Bunun səbəbi isə kifayət qədər sadədir: dronların maya dəyəri çox aşağıdır, onlara qarşı istifadə olunan raketlər isə həm baha, həm də məhdud saydadır".

Pappergerin sözlərinə görə, ABŞ, Avropa və Yaxın Şərqdəki HHM sistemləri və raket arsenalı artıq bitmək üzrədir. O, yaxın gələcəkdə konsernin sifariş sayında kəskin artımla qarşılaşacağına əminliyini ifadə edib.

Musavat.com

Chosen
85
musavat.com

1Sources