EN

Dövlət idarəçiliyində islahatların yeni mərhələsi: Daha şəffaf və daha ədalətli sistemə doğru...

Prezident İlham Əliyev 19 mart 2026-cı il tarixində  dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Məlum Fərman dövlət qulluğunda əməkhaqqı sistemində ciddi yenilikləri nəzərdə tutur ki, bu yeniliklərin hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyətə malikdir.

Şəffaflıq  Azərbaycanda dövlət idarəçiliyinin əsas təməllərindən biri kimi...

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət qulluğunda çalışan şəxslərin əməkhaqqlarının daha şəffaf  sistem əsasında hesablanmasını, bu hesabatlılığın sözügedən sistemdə çalışan hər  bir şəxs üçün kifayət qədər aydın və anlaşılan olmasını təmin etməyi nəzərdə tutur.

Başqa sözlə desək, məlum yeniliklərdən sonra dövlət qulluğunda çalışan şəxslərin əməkhaqqı komponentləri açıq və aydın şəkildə formalaşdırılacaq ki, bu da hər bir çalışana öz maliyyə gəlirlərini qabaqcadan lazımi dəqiqliklə proqnozlaşdırmağa imkan verəcək. Əməkhaqqı sistemindəki şəffaflıq, məlum sistemin etibarlılığını və ədalətliliyini şübhə altına alan bütün ehtimal və mülahizələri ortadan qaldıracaq, onu daha sadə, dolğun və mükəmməl edəcək.

Vahid, ədalətli və bərabərhüquqlu yanaşma...

Yeni modelin digər bir üstünlüyü dövlət qulluğunda əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələrin vəzifə maaşının tərkibinə daxil edilməsi ilə bağlıdır. Bu yenilik əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, onun daha sadə olması ilə yanaşı, həm də sabit olmasına imkan verəcək.

Əməkhaqqının vahid strukturunun özü ilə gətirdiyi əsas üstünlüklərdən biri də maaş disproporsiyalarının aradan qalxmasının, bu sahədə bərabər imkanların təmin edilməsi ilə bağlıdır. Bu, dövlət qulluğunda çalışan, həmçinin, bu qulluğa yeni cəlb edilən şəxslərin, xüsusilə də gənc kadrların maliyyə təminatına müsbət təsir göstərməklə yanaşı, onların işə daha həvəslə yanaşmasını sitimullaşdıracaq. Ədalətli yanaşma sistemi imkan verəcək ki, bu sistemdə çalışan hər kəs öz fəaliyətini daha motivasiyalı şəkildə davam etdirsin.

Rəqabətədavamlı əməkhaqqı sistemi və dövlət qulluğuna artan maraq...

Məlum islahatlar eyni zamanda, dövlət qulluğunda rəqabətədavamlı əməkhaqqı sisteminin formalaşmasını nəzərdə tutur. Əməkhaqqı sisteminin optimallaşması heç şübhəsiz, dövlət qulluğuna marağı artıracaq, özəl sektorun üstünlükləri fonunda dövlət qulluğunun öz cəlbediciliyini qoruyub saxlamağa imkan verəcək.

Məlum yeniliklər gənclərin dövlət qulluğuna marağının daha da artmaısna gətirib çıxaracaq ki, bu da onlar arasında daha savadlı və potensiallı kadrların seçilməsinə, dövlət qulluğunun kadr bazasını gücləndirməyə, onu daha etibarlı və səmərəli etməyə imkan verəcək.

Bir sözlə, bütün bu yeniliklərin ümumiləşməsi onu göstərir ki, artıq dövlət qulluğunda keyfiyyətcə yeni bir mərhələyə start verilib və bu yeni mərhələ sözügedən çalışan hər bir əməkdaşın fəaliyyətində, maliyyə planlaşdırmasında öz müsbət təsirini göstərəcək.

Seymur ƏLİYEV

 

Chosen
89
50
moderator.az

10Sources