
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə davam edən müharibə zamanı enerji obyektlərinə və su təchizatı sistemlərinə zərbə endirilməsinə moratorium qoyulması ilə bağlı çağırış edib.
AFN.az xəbər verir ki, bu barədə Aİ sammitinin yekun bəyanatında maddə yer alıb. Sənəddə deyilir: "Aİ sammiti enerji və su təchizatı obyektlərinə zərbələrin dayandırılması üçün moratoriuma çağırıb".
Aİ liderləri sənəddə İranın zərbələrini pisləsələr də, ABŞ və İsrailin zərbələri ilə bağlı şərh verməyiblər. Bununla yanaşı, bəyanatda qeyd olunub ki, Aİ-nin fikrincə, İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir.