EN

ABŞ yanacaq ixracını məhdudlaşdırmaq niyyətində deyil

ABŞ yanacaq ixracını məhdudlaşdırmaq niyyətində deyil

ABŞ yanacaq ixracını məhdudlaşdırmağa hazırlaşmır.

AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt bildirib. O, rəsmi Vaşinqtonun digər ölkələrə neft və qaz tədarükünü məhdudlaşdırmaq planının olmadığını bəyan edib. Nazir "X" sosial şəbəkəsindəki paylaşımında Donald Tramp administrasiyasının ixrac qadağası tətbiq etmək niyyətində olmadığını vurğulayaraq, ABŞ-ın neft və təbii qaz hasilatında dünyada birinci yerdə olduğunu xatırladıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində yaranun qlobal enerji böhranı və daxili bazarda yanacaq qiymətlərinin kəskin artması son vaxtlar narahatlıq yaradır. Martın 18-nə olan məlumata görə, ABŞ-da bir qallon benzinin orta qiyməti 3,84 dolları keçib ki, bu da 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, 28 fevralda əməliyyatlar başlamazdan əvvəl bu rəqəm 2,98 dollar idi.

Chosen
105
afn.az

1Sources