EN

Bu ölkədəki səfirliyimiz bayram günləri də işləyəcək

Azərbaycanın Macarıstandakı səfirliyi 2026-cı ilin 20-30 mart tarixlərinin qeyri-iş günləri olması ilə əlaqədar olaraq təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin X-dəki hesabında məlumat yayılıb.

"Həmin günlərdə təxirəsalınmaz konsulluq dəstəyinin göstərilməsinə ehtiyacı olan vətəndaşlarımız +994 70 851 71 00 Vatsap nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər",- məlumatda qeyd olunub.

Chosen
80
4
bakivaxti.az

7Sources