EN

Saşa İliç: “Sabah”ın bizdən güclü olduğunu qəbul edirik” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda keçirilmiş görüşü Sumqayıt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı təbrik edirəm. Onlar çempionluq uğrunda mübarizə aparan komandadır. Rəqib bizdən güclüdür. Bunu qəbul edirik.

Müdafiədə diqqətli olmalıyıdıq. Səhvlər buraxdıq. Səhv edən oyunçulardan biri Vüsal Paşayev idi. Gənc oyunçudur. Əsas komandada ikinci oyununu keçirirdi. Başadüşüləndir. Amma istənilən halda, müdafiədə oynayırsansa, diqqətli olmalısan”.

Xatırladaq ki, son turlarda uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Sumqayıt” 25 oyuna topladığı 32 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
84
10
arena.az

10Sources