AZ

İkinci Liqa: 21-ci və 22-ci turların oyun cədvəli açıqlandı – ARENA.AZ

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 21-ci və 22-ci turlarının oyun cədvəlləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək 21-ci turun görüşləri aprelin 6-da, 7-də və 9-da keçiriləcək. 22-ci turun qarşılaşmaları isə aprelin 13-də və 14-də baş tutacaq.

İkinci Liqa
21-ci tur

6 aprel

“Göygöl” – “Ağdaş”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Araz Saatlı” – “Ağstafa Gəncləri”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

7 aprel

“Dinamo” – “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 15:00.

“Şirvan” – “Xankəndi”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Kür-Araz” – “Şəmkir”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

9 aprel

“Quba” – “Şəki”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

22-ci tur

13 aprel

“Araz Saatlı” – “Göygöl”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağdaş” – “Kür-Araz”
Ağdaş şəhər stadionu, 16:00.

“Şəmkir” – “Şirvan”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

14 aprel

“Xankəndi” – “Dinamo”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Qaradağ Lökbatan” – “Quba”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Şəki” – “Ağstafa Gəncləri”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
61
10
arena.az

10Mənbələr