EN

Sabah qələbə qazandı

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXV turunda lider "Sabah" növbəti qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edən Bakı kollektivi 3:1 hesablı qələbə qazanıb.

Ev sahibi komandanın qollarını Kahim Parris (24), Coy-Lens Mikels (49) və Velko Simiç (70) vurublar. Qonaqların heyətində isə Nsana Simon (90+1) fərqlənib.

Xallarının sayını 62-yə çatdıran "Sabah" turnir cədvəlinin vahid lideridir. "Sumqayıt" isə 32 xalla yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" isə "Karvan-Yevlax"ı (1:0) məğlub edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
8
news.milli.az

10Sources