EN

“Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkası keçirilir (FOTO)

Bakı. Trend:

“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə 13 mart - 13aprel 2026-cı il tarixlərində Bakı şəhərinin mərkəzində, Fəvvarələrmeydanında ənənəvi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyəyarmarkası keçiriləcək. Layihənin icrası “ÜNNA Studio andEvents” MMC tərəfindən həyata keçirilir.

Trend xəbər verir ki, yazıngəlişini müjdələyən və Bakının mərkəzində əsl Novruz ab-havasıyaradan bu yarmarka artıq illərdir ki, şəhərimizin ən sevilənsosial və mədəni tədbirlərindən birinə çevrilmişdir.

Bu il yarmarka “Bee Happy” konsepti ilə təqdimolunacaq. Rəngarəng dekorlar, bahar motivləri və xüsusi hazırlanmıştematik elementlər Fəvvarələr meydanını əsl bayram məkanınaçevirərək şəhər sakinləri və qonaqlarına xoş əhval-ruhiyyə bəxşedəcək.

“Nargis” Fondunun təşkil etdiyi bütün xeyriyyə təşəbbüslərindəolduğu kimi, bu yarmarka da mühüm sosial missiya daşıyır. Yarmarkasponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindəntoplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlarınmüalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldiləcək.Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumatFondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkəhesablarında ictimaiyyətlə paylaşılacaq.

Bu il yarmarka ərazisində qonaqların istifadəsinə 20ədəd kiçik və 49 ədəd böyük dekorativ ev, 3 restoran, həmçininmüxtəlif konstruksiyalar, tematik guşələr, fotozona, oyun zonasıverilmişdir. Burada ziyarətçilər milli və beynəlxalqmətbəxin ləziz təamlarından dadmaq, müxtəlif şirniyyat vəiçkilərdən zövq almaq, eksklüziv əl işləri və suvenirlər əldəetmək, müxtəlif əyləncə və oyunlarda iştirak etmək imkanıqazanacaqlar.

Hər il olduğu kimi, internat məktəbləri, uşaq evləri və müxtəlifsosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın xüsusiqonaqları olacaq və tədbirin yaratdığı bayram atmosferini birlikdəbölüşəcəklər.

Yarmarkanın keçirilməsində tərəfdaşların və sponsorların dəstəyixüsusi əhəmiyyət daşıyır. “Torpaq Əlimdə, Bahar Ürəyimdə”xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”,“Azercell”, “Coca-Cola”, “Baku Steel Company”, “TESS”, “Jardin”,“Badamlı”, “Hacı Turqay ət və ət məhsulları”, “Eat Me”,“Sweetelnik”, “Corndogs”, “Magnolia”, “Taste of Friendship”,“Japanese Mandu”, “Panda Noodle”, “Yummy Ponçik”, “Lokmazza” və“Dolutos” şirkətlərinin dəstəyi ilə keçirilir.

Yarmarkanın təşkilində Bakı Şəhər İcra Hakimiyyəti, BakıAbadlıq Xidməti, “Azərişıq” ASC, Azərbaycan Dövlət Reklam Agentliyi(ADRA), “Strafor Kəsim”, Epoint və PAŞA Holding TəhlükəsizlikXidməti təşkilati dəstək göstərir.

Yarmarka 13 mart - 13 aprel tarixlərində hərgün 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək vəgiriş tamamilə ödənişsizdir.

Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, sizi baharın ənrəngarəng və xeyirxah tədbirlərindən biri olan “TorpaqƏlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasında görməkdənməmnun olarıq.

Gəlin baharın gəlişini birlikdə qarşılayaq!

“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
“Nargis”
Chosen
72
4
az.trend.az

5Sources