EN

Agentlik XƏBƏRDARLIQ edir: Poçt çatdırılmalarında LƏNGİMƏLƏR gözlənilir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlara müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.

Qeyd edilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20-30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı, çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna bilər.

Bu baxımdan vətəndaşlara tövsiyə olunur ki, sifarişlərini planlaşdırarkən qeyd olunan dövrü nəzərə alsınlar və göndərişlərin çatdırılmasında mümkün gecikmələrə hazır olsunlar.

Poçt rabitəsi xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklər barədə vətəndaşlar bayram günlərində də agentliyin "E-Şikayət" sistemi vasitəsilə müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
101
4
oxu.az

6Sources