AZ

İKTA poçt göndərişləri ilə bağlı vətəndaşlara müraciət edib

Bakı,19 mart, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlara müraciət edib.

AZƏRTAC xəbər verir ki, agentliyin müraciətində Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna biləcəyi qeyd olunur.

“Vətəndaşlara tövsiyə olunur ki, sifarişlərini planlaşdırarkən qeyd olunan dövrü nəzərə alsınlar və göndərişlərin çatdırılmasında mümkün gecikmələrə hazır olsunlar. Poçt rabitəsi xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklər barədə vətəndaşlar bayram günlərində də agentliyin “E-Şikayət” sistemi vasitəsilə müraciət edə bilərlər”, - deyə məlumatda bildirilir.

Seçilən
91
4
azertag.az

6Mənbələr