EN

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94 cü maddəsinin I hissəsinin 6-cı, 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD və 335-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 271-ci maddə üzrə:

1.1.1. adında “Kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.1.2. 271.1-ci maddənin dispozisiyasında “Kompyuter” sözü “İKT” akronimi ilə, “kompyuter məlumatlarını” sözləri “elektron verilənləri” sözləri ilə əvəz edilsin;

1.1.3. 271.3-cü maddənin dispozisiyasında “kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.1.4. “Qeyd” hissəsi üzrə:

1.1.4.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1. Bu Məcəllənin 271–273-2-ci maddələrində “İKT sistemi” dedikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.49-cu maddəsində, “elektron verilənlər” dedikdə həmin Məcəllənin 7.0.50-ci maddəsində nəzərdə tutulmuş anlayışlar başa düşülür.”;

1.1.4.2. 2-ci bənd ləğv edilsin;

1.2. 272-ci maddə üzrə:

1.2.1. adında “Kompyuter məlumatlarını” sözləri “Elektron verilənləri” sözləri ilə əvəz edilsin;

1.2.2. 272.1-ci maddənin dispozisiyasında “Kompyuter”, birinci və dördüncü hallarda “kompyuter” sözləri “İKT” akronimi ilə, hər iki halda “kompyuter məlumatlarının” sözləri “elektron verilənlərin” sözləri ilə əvəz edilsin;

1.2.3. 272.3-cü maddənin dispozisiyasında “kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.3. 273-cü maddə üzrə:

1.3.1. adında “Kompyuter” sözü “İKT” akronimi ilə, “kompyuter məlumatlarına” sözləri “elektron verilənlərə” sözləri ilə əvəz edilsin;

1.3.2. 273.1-ci maddənin dispozisiyasında “Kompyuter məlumatlarının” sözləri “Elektron verilənlərin” sözləri ilə əvəz edilsin;

1.3.3. 273.2-ci maddənin dispozisiyasında “Kompyuter məlumatlarının” sözləri “Elektron verilənlərin” sözləri ilə, “kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.3.4. 273.4-cü maddənin dispozisiyasında “kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.3.5. “Qeyd” hissəsinin 2-ci bəndində hər dörd halda “kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.4. 273-1.2-ci və 273-1.3-cü maddələrin dispozisiyasında “kompyuter” sözü “İKT” akronimi ilə əvəz edilsin;

1.5. 273-2-ci maddə üzrə:

1.5.1. adında “Kompyuter məlumatlarının” sözləri “Elektron verilənlərin” sözləri ilə əvəz edilsin;

1.5.2. dispozisiyada hər iki halda “kompyuter məlumatlarını” sözləri “elektron verilənləri” sözləri ilə, “kompyuter məlumatları” sözləri “elektron verilənlər” sözləri ilə, “kompyuter məlumatlarının” sözləri “elektron verilənlərin” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.0.48-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.0.49 – 7.0.54-cü maddələr əlavə edilsin:

“7.0.49. informasiya və kommunikasiya texnologiyaları sistemi (bundan sonra – İKT sistemi) – proqram təminatı əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupudur;

7.0.50. elektron verilənlər – faktların, məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən funksiya yerinə yetirməsini təmin edən proqramdır;

7.0.51. xidmət provayderi – göstərdiyi xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu), hüquqi və ya fiziki şəxsdir;

7.0.52. trafik verilənləri – kommunikasiyanın mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü, müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan hər hansı elektron veriləndir;

7.0.53. abunəçi məlumatları – trafik və ya məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət provayderində saxlanılan istənilən məlumatlardır;

7.0.54. məzmun verilənləri – abunəçi məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər, mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti ilə əlaqəli hər hansı elektron verilənlərdir.”;

2.2. 16.2-ci maddədə “tutulması” sözü “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi” sözləri ilə əvəz edilsin;

2.3. 51-1-ci və 51-2-ci maddələr müvafiq olaraq 51-3-cü və 51-4-cü maddələr hesab edilsin və aşağıdakı məzmunda 51-1-ci və 51-2-ci maddələr əlavə edilsin:

“Maddə 51-1. Cinayət mühakimə icraatının elektron qaydada aparılması

51-1.1. Elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllənin 51-2-ci və 51-3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq həyata keçirilir.

51-1.2. Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

51-1.3. Cinayət mühakimə icraatının elektron qaydada aparılması zamanı sənəd dövriyyəsinin və cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

51-1.4. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

51-1.5. Bu Məcəllədə kağız daşıyıcıda tərtib olunması nəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla göndərilə, saxlanıla və yoxlanıla bilər.

51-1.6. Kağız daşıyıcıda verilmiş və ya tərtib edilmiş sənədlər cinayət mühakimə icraatını elektron qaydada aparan təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla müvafiq informasiya sistemlərinə yüklənilir.

51-1.7. İstintaq və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda cinayət prosesini həyata keçirən orqan müvafiq informasiya sistemi vasitəsilə göndərilmiş sənədin əslini tələb edə bilər.

51-1.8. Cinayət mühakimə icraatı elektron qaydada aparıldıqda cinayət təqibi üzrə materialların məhv edilməsinin qarşısının alınması məqsədilə onların ehtiyat nüsxəsinin formalaşdırılaraq saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilir.

Maddə 51-2. Məhkəməyədək icraatın elektron qaydada aparılması

51-2.1. Elektron qaydada məhkəməyədək icraat cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir. Prosessual sənədlər və digər məlumatlar bu Məcəllə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada mübadilə edilə bilər.

51-2.2. Cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək, habelə prosessual hərəkətdə iştirak etmək imkanlarını təmin edən elektron kabinet yaradılır.

51-2.3. Məhkəməyədək icraat elektron qaydada həyata keçirildikdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində qeydiyyatdan keçmişlərsə, bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədlər və digər məlumatlar onların elektron kabinetlərində yerləşdirilir. Bu barədə həmin şəxslərə cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir. Sənəd elektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədin göndərildiyi şəxsə məlumatın elektron qaydada verilməsi təmin edildikdə o, rəsmi qaydada verilmiş hesab edilir.

51-2.4. Bu Məcəllənin 51-2.3-cü maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən cinayət təqibi orqanına təqdim etmək hüququna malik olduqları prosessual sənədləri müvafiq elektron kabinetləri vasitəsilə göndərə bilərlər.”;

2.4. 51-3-cü maddə üzrə:

2.4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 51-3. Məhkəmə icraatının elektron qaydada aparılması”;

2.4.2. 51-3.2-ci maddə ləğv edilsin;

2.4.3. 51-3.3-cü maddəyə “etmək” sözündən sonra “, habelə prosessual hərəkətlərdə iştirak etmək” sözləri əlavə edilsin;

2.4.4. 51-3.4-cü və 51-3.5-ci maddələr ləğv edilsin;

2.4.5. 51-3.6-cı maddənin birinci cümləsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət” sözləri “Cinayət” sözü ilə əvəz edilsin;

2.4.6. 51-3.7-ci maddədə “51-1.6-cı” sözləri “51-3.6-cı” sözləri ilə əvəz edilsin;

2.4.7. 51-3.8-ci maddədə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə” sözləri “Məhkəmə icraatı elektron qaydada aparıldıqda” sözləri ilə, “həmin sistemdə” sözləri “Elektron məhkəmə” informasiya sistemində” sözləri ilə əvəz edilsin;

2.4.8. 51-3.9-cu maddədə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə” sözləri “Məhkəmə icraatı elektron qaydada aparıldıqda” sözləri ilə əvəz edilsin;

2.4.9. 51-3.10-cu maddə ləğv edilsin;

2.4.10. 51-3.11-ci maddədə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə,” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin;

2.4.11. 51-3.12-ci maddədə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin” sözləri “Məhkəmənin” sözü ilə əvəz edilsin;

2.5. 51-4-cü maddə üzrə:

2.5.1. 51-4.1.1-ci, 51-4.1.2-ci və 51-4.1.4-cü maddələrdə “51-2.1-ci” sözləri “51-4.1-ci” sözləri ilə əvəz edilsin;

2.5.2. 51-4.2-ci maddədə “51-2-ci” sözləri “51-4-cü” sözləri ilə əvəz edilsin;

2.5.3. 51-4.3-cü maddənin birinci cümləsində “51-2.1-ci” sözləri “51-4.1-ci” sözləri ilə əvəz edilsin;

2.5.4. 51-4.4-cü maddənin birinci və ikinci cümlələrində “51-2.1-ci” sözləri “51-4.1-ci” sözləri ilə əvəz edilsin;

2.5.5. 51-4.5-ci maddənin ikinci cümləsində “51-2.1.2-ci” sözləri “51-4.1.2-ci” sözləri ilə, “51-2.1.4-cü” sözləri “51-4.1.4-cü” sözləri ilə əvəz edilsin;

2.5.6. 51-4.9-cu maddədə “51-2-ci” sözləri “51-4-cü” sözləri ilə əvəz edilsin;

2.5.7. 51-4.10-cu maddədə “51-2.1-ci” sözləri “51-4.1-ci” sözləri ilə əvəz edilsin;

2.5.8. 51-4.11-ci maddədə “51-2.4-cü” sözləri “51-4.4-cü” sözləri ilə, “51-2.1-ci” sözləri “51-4.1-ci” sözləri ilə əvəz edilsin;

2.5.9. 51-4.12-ci maddənin birinci və ikinci cümlələrində “51-2.1-ci” sözləri “51-4.1-ci” sözləri ilə əvəz edilsin;

2.6. 52-ci maddə üzrə:

2.6.1. 52.2-ci maddənin ikinci cümləsində “tikilməsini” sözü “əlavə edilməsini” sözləri ilə əvəz edilsin;

2.6.2. 52.4-cü maddəyə “işinin” sözündən sonra “kağız daşıyıcıda olan” sözləri əlavə edilsin;

2.6.3. 52.6-cı maddəyə “sənədlərin” sözündən sonra “və ya elektron verilənlərin” sözləri əlavə edilsin;

2.7. 54-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“54-1.5. Prosessual sənədlər bu Məcəllənin 51-2-ci və 51-3-cü maddələrində müəyyən edilmiş qaydada müvafiq informasiya sistemləri vasitəsilə çatdırıla bilər.”;

2.8. 92.3.16-cı maddədə “51-2-ci” sözləri “51-4-cü” sözləri ilə əvəz edilsin;

2.9. aşağıdakı məzmunda 124.2.3-1-ci və 133-1–133-3-cü maddələr əlavə edilsin:

“124.2.3-1. elektron formada sübutlar;”;

“Maddə 133-1. Elektron formada sübutlar

133-1.1. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bu Məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə bilər.

133-1.2. Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul edilə bilər.

Maddə 133-2. Elektron formada sübutların saxlanılması

133-2.1. Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar (bu Məcəllənin 133-3-cü maddəsinə əsasən mühafizəsinin təmin edilməsi üçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır.

133-2.2. Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.

133-2.3. Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.

133-2.4. Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.

Maddə 133-3. Elektron verilənlərin mühafizəsinin təmin edilməsi

133-3.1. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən İKT sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görülür. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

133-3.2. Bu Məcəllənin 133-3.1-ci maddəsində nəzərdə tutulan elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 (doxsan) gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə bilər. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla bilər. Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.

133-3.3. Elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.”;

2.10. 134.2.8-ci maddəyə “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.11. 143.2-ci maddədə “əşyaları təqdim etməyə” sözləri “əşyaların, elektron verilənlərin təqdim edilməsini” sözləri ilə əvəz edilsin;

2.12. 177-ci maddə üzrə:

2.12.1. 177.3.1-ci maddədə “yerinə” sözü “yerində” sözü ilə, “binalarına” sözü “binalarında” sözü ilə əvəz edilsin;

2.12.2. aşağıdakı məzmunda 177.3.1-1-ci maddə əlavə edilsin:

“177.3.1-1. İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış, onlarda axtarış, habelə onların və elektron verilənlərin götürülməsi;”;

2.12.3. 177.3.5-ci maddəyə “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.12.4. aşağıdakı məzmunda 177.4.1-1-ci maddə əlavə edilsin:

“177.4.1-1. İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış, onlarda axtarış, o cümlədən bu Məcəllənin 245.11.2-ci maddəsində nəzərdə tutulmuş qaydada aparılan genişləndirilmiş axtarış, habelə İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və elektron verilənləri götürmə – bu Məcəllənin 243.3.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda;”;

2.12.5. 177.4.4-cü maddəyə “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.12.6. 177.6-cı maddədə “maddəsində” sözü “və 177.3.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

2.13. 236-cı maddə üzrə:

2.13.1. 236.1-ci maddəyə “əşyaların,” sözündən sonra “İKT sistemlərinin, onların hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin,” sözləri əlavə edilsin;

2.13.2. 236.5-ci maddəyə “sənədləri,” sözündən sonra “İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və ya elektron verilənləri,” sözləri əlavə edilsin;

2.13.3. 236.9-cu maddəyə “obyektlərə” sözündən sonra “, habelə İKT sistemlərinə, onların hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və ya elektron verilənlərə” sözləri əlavə edilsin;

2.13.4. aşağıdakı məzmunda 236.10-cu maddə əlavə edilsin:

“236.10. İKT sistemlərinə, onların hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və ya elektron verilənlərə baxış zamanı elektron verilənlərin götürülməsi zərurəti yarandıqda, həmin məlumatların götürülməsi bu Məcəllənin 244.3, 245.11–245.14-cü və 247.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.”;

2.14. aşağıdakı məzmunda 242.4-cü və 243.3.1-1-ci maddələr əlavə edilsin:

“242.4. Əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və ya elektron verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və elektron verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və ya elektron verilənlər götürülə bilər.”;

“243.3.1-1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsini;”;

2.15. 244.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllənin 242.4-cü maddəsində nəzərdə tutulmuş hallarda axtarış və ya götürmənin aparılmasında mütəxəssisin iştirakı təmin edilir.”;

2.16. aşağıdakı məzmunda 245.11–245.14-cü və 247.6-cı maddələr əlavə edilsin:

“245.11. Bu Məcəllənin 242.4-cü maddəsində nəzərdə tutulan hallarda axtarış aparılarkən müstəntiq bu Məcəllənin 177.2–177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla aşağıdakı tədbirləri görmək hüququna malikdir:

245.11.1. İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və ya elektron verilənlərə daxil olmaq;

245.11.2. axtarılan məlumatların axtarış aparılan yerdən kənarda yerləşən və ilkin axtarış aparılan İKT sistemi vasitəsilə qanuni daxil olmanın mümkün olduğu digər İKT sistemində mövcudluğuna dair kifayət qədər əsaslar olduqda davam edən axtarışı təxirəsalınmadan genişləndirərək həmin İKT sisteminə daxil olmaq;

245.11.3. daxil olduğu İKT sistemində mövcud olan elektron verilənlərə girişi qadağan etmək və ya aşkar zərurət olduğu halda, həmin elektron verilənləri İKT sistemindən silməklə götürmək;

245.11.4. iş üçün əhəmiyyət kəsb edən elektron verilənlərin surətini çıxarmaqla götürmək və saxlamaq;

245.11.5. iş üçün əhəmiyyət kəsb edən elektron verilənlər aşkar olunduqda və ya bu halların mövcudluğunu yerində müəyyən etmək qeyri-mümkün olduqda İKT sistemini, onların hissələrini və ya elektron verilənlərin saxlanıldığı daşıyıcıları götürmək;

245.11.6. İKT sisteminin fəaliyyət göstərməsi və ya orada saxlanılan məlumatların mühafizəsi üçün həyata keçirilən tədbirlər haqqında məlumatlara malik olan şəxslərdən bu Məcəllənin 245.11.1–245.11.5-ci maddələrində nəzərdə tutulmuş tədbirləri həyata keçirməyə imkan verən zəruri məlumatların verilməsini tələb etmək.

245.12. İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməsi nəzərdən keçirildikdə, ilk növbədə onlar götürülmədən elektron verilənlərin götürülməsi mümkünlüyü qiymətləndirilir. Elektron verilənlərin götürülməsi zamanı onların zədələnməsi və ya təhrif olunmasını güman etməyə kifayət qədər əsaslar olduqda, yaxud İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməməsi cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane ola biləcəyi hallarda axtarış aparılan ərazidə qanuni fəaliyyətin davamlılığının təmin edilməsi üçün mümkün tədbirlər görülməklə İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar götürülür.

245.13. Zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan götürülmüş İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və ya elektron verilənləri dərhal qanuni sahibinə qaytarmalıdır.

245.14. Elektron verilənlər götürüldükdə onların tamlığı və təhlükəsiz saxlanılması təmin edilməlidir. Daşıyıcıya köçürüldüyü zaman elektron verilənlərin zədələnməsi və ya təhrif olunmasını güman etməyə kifayət qədər əsaslar olduqda və ya cinayət işinin istintaqına mane ola bilən hallarda zəruri prosessual hərəkətlər yerinə yetirilənədək elektron verilənlərin köçürülməsinə yol verilmir.”;

“247.6. Bu Məcəllənin 245.11-ci və 245.13-cü maddələrində nəzərdə tutulmuş hallarda işə aid olan əldə edilmiş məlumatlar müstəntiq tərəfindən axtarış və ya götürmə protokolunda ətraflı göstərilir.”;

2.17. 259-cu maddə üzrə:

2.17.1. adına ikinci halda “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.17.2. 259.1-ci maddə üzrə:

2.17.2.1. birinci cümləyə “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.17.2.2. ikinci cümləyə “cinayət” sözündən əvvəl “, habelə xidmət provayderində saxlanılan digər məlumatlarda (abunəçi məlumatlarında, trafik və məzmun verilənlərində)” sözləri, ikinci halda “məlumatın" sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.17.2.3. üçüncü cümləyə “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.17.3. 259.4-cü maddəyə “məlumatların” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin)” sözləri əlavə edilsin;

2.17.4. 259.5-ci maddə üzrə:

2.17.4.1. birinci cümləyə ikinci halda “məlumatlar” sözündən sonra “, habelə xidmət provayderində saxlanılan digər məlumatlar (abunəçi məlumatları, trafik və məzmun verilənləri)” sözləri əlavə edilsin;

2.17.4.2. ikinci cümlədə “maqnit” sözü “elektron” sözü ilə əvəz edilsin;

2.18. 285.1-ci maddənin birinci cümləsinə ikinci halda “cilddə” sözündən sonra “və ya məhkəməyədək icraatın elektron qaydada aparıldığı halda cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə” sözləri əlavə edilsin;

2.19. 292.1-ci maddə üzrə:

2.19.1. “sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə” sözləri “sisteminə” sözü ilə əvəz edilsin;

2.19.2. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Məhkəməyədək icraat elektron qaydada aparıldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir. Cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilərək elektron qaydada göndərilə bilməyən maddi sübutlar, sənədlər və digər əşyalar məhkəməyə bilavasitə təqdim edilir.”;

2.20. 297.0.2-ci maddədə “sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə” sözləri “sisteminə” sözü ilə əvəz edilsin;

2.21. 301.2.10-cu, 311.4-cü maddələrdə və 328.3-cü maddənin birinci cümləsində “51-2-ci” sözləri “51-4-cü” sözləri ilə əvəz edilsin;

2.22. 476.0.1-ci və 480.5.1-ci maddələrdə “sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir” sözləri “sisteminə yerləşdirir, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda icraatın materiallarını “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2026-cı il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
1
azertag.az

2Sources