ain.az bildirir, Azertag portalına istinadən.
Vaşinqton, 19 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) qüvvələri İranın neft şəbəkəsi üçün həyati əhəmiyyət kəsb edən Xarq adasında 90-dan çox hədəfə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ hədəflərinə adanın yalnız hərbi infrastrukturu - hava hücumundan müdafiə sistemləri, dəniz bazası və mina saxlama obyektləri daxildir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.