EN

Pit Heqset: Müharibənin yekununu Prezident Tramp müəyyən edəcək

İrandakı müharibə İraq və Əfqanıstandakı müharibələrə bənzəmir.

Xezerxeber.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) müharibə katibi Pit Heqset keçirdiyi brifinqdə deyib.

O bildirib ki, prezidentlər Corc Buş, Barak Obama və Co Bayden ABŞ-nin nüfuzunu sarsıdıblar.

"Prezident Donald Tramp daha yaxşı bilir. “Epik qəzəb” fərqlidir, məqsədyönlüdür, qətiyyətlidir", - deyə o əlavə edib.

Heqset müharibənin məqsədlərinin İranın raketlərini məhv etmək və bu ölkənin heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək olduğunu diqqətə çatdırıb.

O, ABŞ-nin müharibə katibi Pit Heqset İranla müharibənin plan üzrə getdiyini deyib.

“Müharibənin sonu üçün qəti bir zaman çərçivəsi müəyyən etmək istəməzdik. Tam yekunu Prezident Donald Tramp müəyyən edəcək, lakin dediyimiz kimi, biz plan üzərə gedirik",- deyə o vurğulayıb.

Chosen
79
xezerxeber.az

1Sources