EN

“ABŞ ın xarici siyasətinə nəzarəti itirib” Omanın XİN başçısı

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İrana qarşı hərbi əməliyyat ABŞ-ın İsrail hakimiyyətinin hesablamalarına güvənərək xarici siyasətinə nəzarəti itirdiyini göstərir”.

525.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi Britaniyanın "The Economist" jurnalında dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, Amerika administrasiyasının ən böyük səhvi ilk növbədə özünü bu müharibəyə cəlb etmək idi:

“Bu, Amerikanın müharibəsi deyil və həm İsrailin, həm də Amerikanın istədiklərini əldə edəcəyi ehtimal olunan ssenari də yoxdur. Ümid edək ki, Amerikanın rejim dəyişikliyi cəhdi sadəcə ritorikadır. Eyni zamanda, İsrail açıq şəkildə İslam Respublikasını devirməyə çalışır və bu məqsədə çatdıqdan sonra ölkənin necə və kim tərəfindən idarə olunacağı ilə çox az maraqlanır".

Oman nazirinin sözlərinə görə, belə görünür ki, İsrail rəhbərliyi Amerikanı inandırıb ki, sanksiyalar, daxili fikir ayrılıqları və ötən ilin iyun ayında ABŞ və İsrailin nüvə obyektlərini bombalaması İranı o qədər zəiflədib ki, ilkin hücum və Ali Liderin öldürülməsindən sonra qeyd-şərtsiz təslim olacaq. XİN başçısı deyib ki, İsrailin bəyan etdiyi məqsədə çatması üçün uzunmüddətli hərbi kampaniya tələb olunacaq, bu kampaniyada Amerika quru qoşunlarını yeritməli olacaq. 

“Münaqişəyə mümkün qədər tez son qoymaq ABŞ və İranın milli maraqlarına uyğundur. Bu, xoşagəlməz bir həqiqətdir, amma Amerikanın öz xarici siyasətinə nəzarəti nə qədər itirdiyini göstərir. Amma bunu demək lazımdır", - XİN başçısı söyləyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
525.az

1Sources