Ötən il Azərbaycanda 19881 təbii və texnogen mənşəli hadisə baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Bu da 2024-cü il ilə müqayisədə 5025 hadisə və ya 34% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 78 nəfər həlak olub, 277 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 70 nəfər xilas edilib, 877 nəfər təxliyə olunun.