EN

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda martın 20-22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 10-14 dərəcə isti olacaq.

Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 6-8, gündüz 12-17 dərəcə isti olacağı bildirilir.

Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 11-16 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 20-21-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martıq 22-də isə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-i səhərdən martın 22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcə isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-i səhərdən martın 22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-i səhərdən martın 22-si axşamadək yağıntıda fasilə olacaq. Arabir duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15, martın 22-də bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 21-22-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15, 22-də bəzi yerlərdə 20 dərəcə isti müşahidə ediləcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Martın 21-22-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 11-16, 22-də bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 20-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayın 21-22-də isə əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-17, dağlarda gecə 3-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Chosen
54
49
yeniazerbaycan.com

10Sources