EN

Sertifikasiya imtahanlarında dəyişiklik gözlənilir? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Deputat Vüqar Bayramovun "sertifikasiya imtahanlarından 80 faizdən çox nəticə göstərənlərin maaşlarının 10 faiz deyil, 35 faiz artırılması məqsədəuyğundur" təklifi ilə bağlı fikir bildirmək bir qədər çətindir. Çünki bunun iqtisadi tərəfləri var. Vüqar Bayramov da bu haqda bir neçə dəfə məsələ qaldırıb".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi.

Müsahibimiz vurğuladı ki, sertifikasiya imtahanından sonra toplanan bala görə, əməkhaqqının artırılması məsələsində dəyişiklik gözləmir:

"Elm və Təhsil Nazirliyi sertifikasiyadan sonra minimum həddi keçənlərə 10 faiz, 51 faizi keçənlər üçün 35 faiz əməkhaqlarına əlavələri müəyyən edəndə bunu ciddi formada əsaslandırmışdı. Sertifikasiya imtahanları yekunlaşandan sonra Elm və Təhsil Nazirliyinin ADA Universitetində keçirilən tədbirində də bəzi müəllimlər tərəfindən bu fikir səsləndirildi ki, burada cəmi 1 faizə görə 35 faiz əməkhaqqı itirən müəllimlər var ki, bunun nəzərə alınmasını istəyirlər. Nazirlik tərəfindən də məsələ aydınlaşdırılmışdı".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
1
redaktor.az

2Sources