EN

Həccə getmək istəyənlərə xəbərdarlıq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün ayrılan kvotanın artıq böyük hissəsi dolub.

Globalinfo.az xəbər verir ki, bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc üzrə elektron sistemin rəhbəri Vüsal Cahangiri bildirib.

O qeyd edib ki, kvotanın 90 faizindən çoxu artıq tutulub:

“Kvota dolduqdan sonra heç kimdən sənəd qəbul olunmur. Sənəd qəbulu kvota tamamlana kimi davam edəcək. Hər bölgədən müraciət edənlər var”.

Şöbə müdiri söyləyib ki, keçən illərə nisbətən Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün ayrılan kvota nisbətən azaldılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
2
globalinfo.az

3Sources