EN

"Real Madrid"in qapıçısı zədə səbəbindən 1,5 ay oynaya bilməyəcək

Bakı, 19 mart, AZƏRTAC

İspaniyanın "Real Madrid" klubunun qapıçısı Tibo Kurtuanın zədəsi ciddidir.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununda (2:1) zədələnən belçikalı qolkiperdə əzələ yırtığı aşkarlanıb. Bu səbəbdən futbolçu təqribən 1,5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Onun may ayının əvvəllərində sıraya qayıdacağı gözlənilir.

Qeyd edək ki, Tibo Kurtua "Mançester Siti" ilə oyunun 46-cı dəqiqəsində Andrey Luninlə əvəzlənib.

Chosen
81
4
azertag.az

6Sources