EN

ABB-eSİM xidməti istifadəyə verildi!

Bakı. Trend:

Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına daxüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadanxidmət almaq imkanlarını genişləndirir.

Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortasıxidmətini, visa müraciətlərinə dəstək, o cümlədən hesabdan çıxarışvə arayışların alınmasını, səyahətlərdən millər qazandıran ABB AZALMiles kartlarından istifadəni hər kəsə əlçatan edib.

İndi isə ABB-dən səyahətsevərlər üçün daha bir mühüm xəbər var.Bank ABB-eSIM xidmətini mobile tətbiqində istifadəyə verib. Bununlaxaricə səfərlər zamanı internetə çıxış problemi daha keçmişdəqalır. ABB mobile tətbiqinin hər bir istifadəçisi ölkə xaricindəolarkən tətbiqdə özünə uyğun ABB-eSIM paketini seçib, rahatlıqlainternet şəbəkəsinə qoşulur.

ABB-eSIM istifadəçilərə fiziki SIM karta ehtiyac olmadanxidmətlərdən yararlanmaq, müxtəlif ölkələrdə etibarlı internetbağlantısına qoşulmaq, alış və ödənişləri birbaşa tətbiq üzərindənhəyata keçirmək, eləcə də seçilmiş paketləri rahatlıqla idarə etməkvə izləmək imkanı verir.

Qeyd edək ki, eSIM (embedded SIM) - fiziki SIM kartı əvəz edənvirtual SIM kartdır. O, mobil cihazın daxili yaddaşına yüklənir vəaktivləşdirildikdən sonra mobil operatorun şəbəkəsindən istifadəetmək olur.

eSIM-in səyahətçilər üçün bir çox üstünlükləri var. İlk növbədə,fiziki SIM kartı dəyişdirməyə ehtiyac qalmır. eSIM-lə müxtəlifölkələrdə fərqli mobil operatorların şəbəkələrinə qoşulmaq olur.Roaminq xidmətlərindən fərqli olaraq eSIM paketlərində daha sərfəlitariflər seçmək mümkündür.

ABB mobile tətbiqi vasitəsilə istifadəçilər ABB-eSIM xidmətinidə fiziki kartı dəyişmədən birbaşa tətbiq üzərindən əldə edərəkdərhal aktivləşdirə və xaricdə fasiləsiz internet bağlantısındanyararlana bilərlər. eSIM-i aktivləşdirmək çox sadə və rahatdır. QRkodu skan etməklə eSIM-i sürətli şəkildə aktivləşdirmək olur.

ABB-eSİM xidmətinin üstünlüklərindən biri də odur ki, ABB mobilevasitəsilə eSIM əldə edilərkən 18% əlavə dəyər vergisi tətbiqolunmur. Bu da istifadəçilər üçün xərclərə əlavə qənaət imkanıdeməkdir.

Səyahətlər üçün xidmətlərin bir platformada toplanmasını ABByeni layihələrlə davam etdirəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.

Chosen
67
8
az.trend.az

9Sources