EN

Külək güclənəcək - Xəbərdarlıq

Bakı. Trend:

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, martın 20-dəbəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıqverilib.

Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə,Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan,Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax vəMingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyiəsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Chosen
52
49
az.trend.az

10Sources