AZ

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ

Martın 20-də Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
9
31
yeniazerbaycan.com

10Mənbələr