Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Quba, 19 mart, AZƏRTAC
Qubada baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə martın 18-də rayonun Zizik kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın meyitləri yaşadıqları evdə aşkarlanıb.
C.Ağasiyevin həyat yoldaşını balta ilə qətlə yetirdikdən sonra özünə qəsd etdiyi bildirilir.
Ağasiyevlər ailəsinin birgə nikahdan 3 qız övladı var. Onların hər üçü ailə qurub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Müxbir - Elxan Yusifli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.