EN

Növbəti köç karvanı Xanabad kəndinə çatıb - FOTOLAR

Martın 19-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanabad kəndinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə köçürülən 89 nəfərdən ibarət 19 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Chosen
59
10
unikal.az

10Sources