AZ

Növbəti köç karvanları bu kəndlərə çatdı

Martın 17-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb.Metbuat.az xəbər verir ki, bu mərhələdə köçürülən Ağdərə rayonunun Çıldıran kəndinə 13 nəfərdən ibarət 3 ailəyə, Aşağı Oratağ kəndinə 108 nəfərdən ibarət 21 ailəyə, Heyvalı kəndinə 34 nəfərdən ibarət 7 ailəyə, Çapar kəndinə isə 17 nəfərdən ibarət 4 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Seçilən
67
10
metbuat.az

10Mənbələr