EN

Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi

Mingəçevirdə yaşlı kişi poçtda qəfildən vəfat edib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Novruz şənliyinin keçirildiyi meydanın yaxınlığında yerləşən Mərkəzi Poçt binasında qeydə alınıb.

1946-cı il təvəllüdlü şəhər sakini Rafayel Qubadzadə xidmətdən yararlanmaq üçün gəldiyi poçt şöbəsində qəfildən halı pisləşərək dünyasını dəyişib. İlkin müayinə zamanı onun ürəktutmasından vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
83
4
teleqraf.com

9Sources