EN

Rusiya ilə əlaqələr yalnız Ukraynada sülh olarsa bərpa edilə bilər - Baş Nazir

Avropa ilə Rusiya arasında münasibətlər yalnız Ukraynada davamlı sülh əldə olunarsa bərpa edilə bilər.

Missiya.Az xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşdən əvvəl bildirib.

Baş nazir qeyd edib ki, Belçika Rusiyaya təzyiq göstərməyə və Ukraynanı dəstəkləməyə davam edəcək. O, Aİ üzv dövlətlərini Rusiya ilə danışıqlar aparmaq üçün mandat almağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Belçika Baş nazirinin təklifini "sağlam düşüncə" kimi qiymətləndirib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
63
missiya.az

1Sources