Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 21,7 milyon ABŞ dolları olan 597 ədəd minik avtomobili ixrac edilib.
Far.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər ifadəsində 24,3%, miqdar ifadəsində isə 2 dəfədən çox azalıb.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 216,3 milyon ABŞ dolları dəyərində 8 442 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,07%-i Azərbaycana yönəlib.